Özəl:

Bürclər: 4 sentyabr



Bürclər: 4 sentyabr


Qoç - günlə bağlı planlaşdırdığınız işlərin hamısının öhdəsindən gəlmək asan deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Tərəfdaş və ya şəriklərin yardımlarından yararlanaraq sədləri dəf edə bilərsiniz.

Buğa - yeni tərəfdaşla tanış olacaqsınız. Əməkdaşlıq çox məhsuldar ola bilər. Maliyyə məsələlərində ehtiyatlı olun. Pullarınızı düşünülməmiş şəkildə sərf etməyin. Gərəksiz əşyalar almayın. Sevdiyiniz insanla axşam saatlarında ünsiyyətdə ehtiyatlı olun.

Əkizlər - nəzərdə tutduğunuz işi reallaşdırmaq asan deyil. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla irəliləyin. Həlli ağır problemi təkbaşına çözmək məsləhət deyil. Yardım istəyə bilərsiniz.

Xərçəng - Xoşagəlməz xəbər alacaqsınız. Lakin bu informasiya sizi düşünülməmiş, emosional addımdan çəkindirəcək. Günün ikinci yarısında maliyyə məsələlərində problemlər yarana bilər. İtki riski var. Bəzi fikir ayrılıqlarına rəğmən yaxınlarınızla münasibətləri rəvan, harmonik edin.

Şir - maliyyə məsələlərində tələsik qərarlar verməyin. Günün ikinci yarısında məişət texnikası, kompüter, smartfon almağa dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Romantik görüş üçün pis zaman deyil.

Qız - təfərrüatlara və detallara xüsusi diqqət tələb edən işə başlayıbsınızsa, sayıq olun. Təxribatlara uymayın. Etimada layiq olmayan insana inanmayın. Manipulyasiyalar qurbanına, başqasının əlində oyuncağa çevrilməyin.

Tərəzi - nüfuzlu şəxslə təmaslarda diqqətli olun. Sözlərinizə fikir verin. Maliyyə problemləri istisna deyil. Alış-verişi təxirə salın. Yaxınlarınızın dəstəyinizə və yardımınıza ehtiyacı var. Ümumi mənafe naminə bəzi maraqlarınızı unutmağı bacarın.

Əqrəb - kiçik problemlər, anlaşılmazlıqlar, ləngimələr səbrinizi tarıma çəkə bilər. İşdə bəzi həmkarlarınızın davranışı sizə yolverilməz təsir bağışlayacaq. Yaşananlara münasibətinizi aşkar nümayiş etdirsəniz, münasibətlər sürətlə pisləşəcək. Əməkdaşlıq gərəkli nəticə vermir.

Oxatan - yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı danışıqlara start vermək olar. Perspektiv saydığınız layihəyə sərmayə yatırın. Axşam saatları xoş sürprizlər vəd edir. Arzunuzu, niyyətinizi gerçəkləşdirə bilərsiniz. İntuisiyanıza güvənin: o, sizi ən çətin məqamda xilas edəcək.

Oğlaq - dəyərli və aktual informasiya alacaqsınız. Məlumatdan işlərinizdə irəliləmək üçün maksimum dərəcədə sürətlə istifadə etməyə can atın. Zaman indi bədxahlarınızın xeyrinə işləyir. Fürsəti fövtə verməyin.

Dolça - həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. Ümumi ab-havanı yaxşılaşdırın. Axşam saatlarına yaxın şəxsi münasibətlərdə problemlər yarana bilər. Adi günlərlə müqayisədə yaxınlarınızla təmaslarda çətinliklər olacaq. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.

Balıqlar - işgüzar danışıqlar aparmaq üçün münasib zamandır. Uzaqdan gəlmiş insanlarla təmaslarda sayıq olun. Kommersiya və ya bizneslə məşğulsunuzsa, fəaliyyət sahəsini genişləndirmək olar. Sərfəli anlaşma üçün müzakirələrə başlayın. Düşünülmüş planla yanaşı, sərmayəyə ehtiyacınız var.

  • 4-09-2016, 09:01
  • 379
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.