Özəl:
loading...

Prezident Zəhra ilə bağlı göstəriş verdi



Prezident Zəhra ilə bağlı göstəriş verdi


Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ötən gün ermənilərin təxribatı nəticəsində həyatlarını itirən şəxslərin dəfn xərcləri dövlət hesabına həyata keçirilir.

Bunu BAKU.WS-ə Füzuli rayon İcra hakimiyyətinin rəsmisi Eltun Ağakişiyev bildirib.

O qeyd edib ki, hazırda Alxanlı kəndində düşmənin açdığı atəş nəticəsində həlak olan vətəndaşların dəfn mərasimi keçirilir və icra başçısı Alı Alıyev mərasimdə iştirak edir.

"Dəfn xərcləri İcra Hakimiyyəti tərəfindən ödəniləcək. Yaralı vətəndaşlarımızın müayinə və müalicəsinin xərcləri də dövlət tərəfindən təmin ediləcək”, - deyə İH rəsmisi bildirib.

Xatıdladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
  • 5-07-2017, 14:18
  • 14279
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.