Özəl:
loading...

General niyə işdən çıxarıldı- İlham Əliyev verdiyi vədləri yerinə yetirir



 General niyə işdən çıxarıldı- İlham Əliyev verdiyi vədləri yerinə yetirir

Xəbər verdiyimiz kimi Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Deyeraz verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Gələk əsas məsələyə general niyə işdən çıxarılıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.

Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib. R.Orucov buna qədər sürücünü bir saat ərzində təqib edib.

Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər “qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub.
Təsadufu hal deyilki İlham Əliyev bunun ustundən generalı yəni həbs olunan oğlanın atasın vəzifədən azad edir buda onu göstərir ki Əliyev Bütün dövlət məmurları xalqın xidmətçisidir xalqın birinci xidmətçisidə mən özüməm-İlham Əliyev bu prinsiplə iş görür və xalqı incidən hər bir məmur və yaxuda onun ailə üzvu olsun fərqi yoxdur vəzifədən azad edir.Prezdentimiz bir daha sübut etdi ki o həqiqətəndə xalqlandır




 General niyə işdən çıxarıldı- İlham Əliyev verdiyi vədləri yerinə yetirir

  • 11-07-2017, 19:31
  • 19832
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.