Özəl:
loading...

Keçid balını toplaya bilməyənlər də qəbul olunacaq – Prezident təsdiqlədi



Keçid balını toplaya bilməyənlər də  qəbul olunacaq – Prezident təsdiqlədi


Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Deyeraz xəbər verir ki, “Təhsil haqqında” qanuna 22.3-1-ci maddə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunur”.

Habelə qanuna aşağıdakı məzmunda 26.5-1-ci maddə əlavə olunub: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

  • 13-07-2017, 19:44
  • 18880
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.