Özəl:
loading...

Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar



Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar

15 iyul Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı. Kəmaləddin Heydərovun 56 yaşı tamam olur


Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 2 övladı var.

Naxçıvanda mühüm dövlət vəzifələrində çalışmış Fəttah Heydərovun oğludur.
"Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun atasıdır.
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imza ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb

Kəmaləddin müəlimi ad günü münasibəti ilə təbrik edir ona uzun ömür can sağlığı arzu edirik.

Əziz oxucularımız sizdə Kəmaləddin müəlimin doğum günü münasibəti ilə təbrik və ürək sözlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiz.




Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar
Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar
Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar
Kəmaləddin Heydərovun 56 yaşı tamam olur-fotolar

  • 13-07-2017, 21:18
  • 10404
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.