Özəl:
loading...

Əhməd Əhmədov daxili işlər naziri vəzifəsindən azad edilib?-rəsmi məlumat



Əhməd Əhmədov daxili işlər naziri vəzifəsindən azad edilib?-rəsmi məlumat



“Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun işdən çıxarılması barədə yayılan məlumatlar yalandır”. Bu açıqlamanı Bizimyol.info saytının sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov deyib. O vurğulayıb ki, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, KİV-də Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülməsi barədə məlumat dərc edilib. Virtualaz.org yazır ki, onun vəzifəsini haqırda daxili işlər naziri vəzifəsini hazırda müavin icra edir. Xəbərdə muxtar respublikanın polisində yoxlamalar aparıldığı da qeyd edilib. Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edir.
  • 17-07-2017, 17:45
  • 1110
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.