Özəl:
loading...

Bürclər (4 dekabr)



Bürclər (4 dekabr)


Deyer.az saytı gündəlik bürcləri sizə təqdim edir... Bü gün bürcünüz sizə nə vəd edir? Buyurun oxuyun.

Qoç - - səfər və ya səyahətdə çətinliklər yaşanacaq. Nəqliyyatla bağlı problemlər yarana bilər. Anlaşma və müqavilələrdə tələskənlik etməyin. Maliyyə məsələlərində uğura, ciddi gəlirə bel bağlamayın.

Buğa - planlaşdırılmış qərar və ya addımlar uğurlu olacaq. Spontan qərarlar verməyin. Hüquqi problemlər yarana bilər.

Əkizlər - təşəbbüskar və aktiv olun. Günün bütün işlərinə başlayın. Hətta ən çətin problemlərdən çəkinməyin. Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, çox qısa vaxtda məqsədə çata bilərsiniz.

Xərçəng - peşəkar nailiyyətləriniz pis deyil və onlar diqqətdən kənarda qalmayacaq. İşdə irəliləyişə, gəlirə bel bağlaya bilərsiniz. Rəqib və bədxahlar sizə paxıllıq etsələr də, mane olmağa çalışmayacaqlar.

Şir - dəf edə bilməyəcəyiniz maneələr yoxdur. Çevik və sayıq olun. Şəxsi münasibətlərdə hiperaktivlik olacaq.

Qız - enerjili, aktiv olun. Cəsarətlə risk edin, rəqibləri üstələyin. Narahatlıq və təlaşlar olacaq. Lakin ən ağır vəziyyətdə təşvişə düşməyin, bədbinləşməyin. Nikbin olun. Yanınızdakı insanların da pessimizmə qapılmasına imkan verməyin.

Tərəzi - sərfəli anlaşma və ya sifariş ola bilər. Alış-veriş üçün əlverişli zamandır. Qarderobunuzu yeniləyə bilərsiniz.

Əqrəb - fanatizmə qapılmayın, illüziyaların əsiri olmayın. Şəraiti real dəyərləndirin. Gərəkli informasiyanı gec alacaq, bir sıra kobud səhvlərə yol verəcəksiniz.

Oxatan - işgüzar əlaqələrdə və şəxsi münasibətlərdə həssas, ehtiyatlı olun. İlkin təəssürata aldanaraq səhv etməyin. Layiq olmayan insanlara inanmayın. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Oğlaq - əvvəlki günlərdə həddən ziyadə ciddi yanaşdığınız məsələlərlə işləri bu gün qulaqardına vurmayın. Bədxahlarla rəqiblər bu gün ifrat dərəcədə aktivləşiblər. Onlara sinə gərməyi bacarın.

Dolça - xasiyyətinizin ən pis yönləri aşkarlana bilər. Qərar qəbul etməzdən və ya hansısa addımı atmazdan əvvəl yaxşı fikirləşin ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Hərdəmxəyal olmayın.

Balıqlar - alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.






  • 4-12-2016, 08:54
  • 272
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.