Özəl:

Bürclərə görə seks 2017



Bürclərə görə seks 2017


Astrologiya istənilən insanın bir dəfə də olsa marağını cəlb etmişdir. Əlbəttə, cinsi müasibətlər ilə bağlı astrolojı fikirlər də var ki, bır çoxlarının marağına səbəb olur. Bugün sizlərə bürclərin bu istiqamətdə olan baxışlarını təqdim edirik.

Qoç

Kişi: çox ehtiraslıdır. Bədənin ehtiyacları çox əhəmiyyətlidir. Heç bir qadının arxasından qaçmaz. Ov etməyi sevir. Seksə təlabatı yüksəkdir.

Qadın: hakim tərəfdaş. Seksdə rəhbərliyi əlində tutmaq istəyir. Heç bir kişiyə baş əyməyi sevmir. Qarşısında əsl kişi görmək arzusunda olur.

Buğa

Kişi: qida qədər əhəmiyyətlidir. Şəhvətli və olduqca güclüdür. Qadınına sahib çıxan və fiziki cazibəyə əhəmiyyət verən biridir.

Qadın: ləzzətli bir axşam yeməyi ehtirasını artırar. Toxunuşlardan və gözəl sözlərdən xoşlanır. Kişiyə qarşı inam hissi olarsa, seksə “yox” deməz.

Əkizlər

Kişi: fantaziyaları güclüdür. Cəlbedici qadınları sevir. Qadının yaradıcı olması vacibdir.

Qadın: öpüşmək, danışmaq. Ön sevişmə onlar üçün vacibdir. Kişidən gələ biləcək istənilən SMS-ə sevinir. Kişiyə bağlanmağı sevmir.

Xərçəng

Kişi: qadınlar tərəfindən cazibədar sayılır. Gizli olurlar və onları başa düşmək çətindir. Olduqca qısqancdır və tərk edilmək onu üçün çox təsirlidir.

Qadın: qulaqları ilə sevir. Gözəl bir yemək, romantik bir gecə, ehtiraslı bir şəkildə öpülüb qulağına sevgi sözləri deyilməsi onu dəli edə bilər.

Şir

Kişi: özünü ifadə etmə forması olaraq çox əhəmiyyətlidir. Özünü xüsusi hiss etməsini təmin edən qadınlara meyllidir. Yanındakı qadının cəlbedici olmasını istəyir. Kürək bölgəsi çox həssasdır.

Qadın: hər kişinin xəyalını bəzəyən bir qadındır. Musiqili gecələri sevir. Rahat bir mühit, kişinin asan təslim olmaması ona zövq verir. Eşq oyunlarının kraliçası bu qadın, kişini özünə qurban etməyi, onu dəli etməyi sevir.

Qız

Kişi: qadının arxasınca qaçmaz. Ancaq qovulmaq xoşuna gəlir. Əgər qadını bəyənirsə və sevirsə, seksdə çox güclüdür. Ətirdən nifrət edir. Qadının təmiz olması kafidir. Qadının həyatında birinci olmağa üstünlük verir. Bəzən uzaqlaşmağı sevir və o anlarda üzərinə getməmək lazımdır.

Qadın: ciddi münasibət vacibdir. Masaj, rahatçılıq mütləq təmin olunmalıdır.

Tərəzi

Kişi: mühit çox əhəmiyyətlidir. Sözgəlişi yaxşı hazırlanmış bir süfrə, şam işığı, dəbli geyim, qadının başadüşən və uyğun olması kişiyə olduqca təsir edir. Hakim tərəfdaş rolunda qadınları bəyənir.

Qadın: tərifi sevir. İncə zövqləri var, kobudluqdan heç xoşlanmırlar. Bahalı hədiyyələri sevirlər.

Əqrəb

Kişi: seks vacibdir. Qadını bəyənib bəyənməməsi seksdən vacib deyil. Seksdə sərhəd tanımayan bu bürcün kişiləri qadınlardan da eynisini gözləyirlər. Şorgözdülər.

Qadın: özünə inanan kişiləri seksual hesab edirlər. Ətir, qaranlıq, eqzotik mühitlər onları cəlb edir. Kişilərdə romantizmi sevmirlər.

Oxatan

Kişi: qıcıqlandırılmağı sevir. Qadın onu istədiyini ifadə etməli amma tamamilə təslim olmamalıdır. Tətil eşq macəraları tam bu kişiyə uyğundur. Ağıllı qadınları və həyəcanlanmağı sevir.

Qadın: özlərini rahat hiss etməlidirlər. Macəranı sevirlər. Passiv, evdə oturmağı sevən bir kişilə münasibətləri mümkünsüz hesab edirlər. Bir kişinin “oxatan” qadınının davamlı diqqətini çəkə bilməsi çox asan deyil.

Oğlaq

Kişi: güclü seks impulsuna sahibdir. Ümumiyyətlə daimi münasibətlərə üstünlük verir. Çox sadiqdir.

Qadın: şəhvətlidirlər. Kişilərdə olduğu kimi, daimi münasibətlərə üstünlük verirlər.

Dolça

Kişi: ağlını başından almaq, qadının arxasından qaçmaq onlara aid deyil. Seksi təbii bir ehtiyac kimi görürlər. Sürprizləri sevirlər. Əgər qadın ağıllı, orijinal düşünən, yeri gəldiyində məsafə qoya bilirsə, onları cəlb edə biləcək.

Qadın: məsafə qoymağı bacarırlar. Tənqid olunmağı sevmirlər.

Balıq

Kişi: fantaziyaları əhəmiyyətlidir. Gözəl bir ayaq onu ehtiraslandıra bilər. Bu kişi olduqca romantikdir.

Qadın: seks üçün aşiq olmalıdır. Romantikdir. Kişini rahatlaşdırmağı, ona xidmət etməyi sevir.







  • 10-12-2016, 21:39
  • 1480
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.