Özəl:
loading...

Mehriban Əliyeva üçün özəl gün



Mehriban Əliyeva üçün özəl gün


21 iyul Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevannın birinci vitse-prezident seçilməsindən 5 ay ötür

Qeyd edək ki Mehriban Əliyeva 21 fevral 2017-ci ildə prezident İlham Əliyevin sərəncamıyla Azərbaycanın birinci vitse-prezidenti təyin olunub

Mehriban Əliyeva Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü il 28 dekabrda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

2005-ci ildə Azərbaycanda “İlin qadını”, 2014-cü ilin mayında isə “The Business Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” seçilib.

2010-cu ildə Fransa Respublikasının nüfuzlu “Şərəf Legionu” ordeni ilə təltif edilib.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib.
  • 20-07-2017, 16:37
  • 2957
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.