Özəl:

Böyük və ya balaca



Böyük və ya balaca

Ayaqqabının ölçüsü və ya boyun hündürlüyü penisin ölçüsünə təsir edirmi? İdmançılarda penis niyə daha böyük olur? Araşdırmaların nəticələrini sizlərə təqdim edirik.

Ölçüsünü artırmaq istəyirsinizmi?

University of California 2006-cı ildə apardığı araşdırmada 52 min könüllü iştirak etmiş və nəticədə əgər 85% qadın ərlərinin penis ölçüləri ilə razı qaldıqları halda, kişilərin yalnız 55% öz ölçüləri ilə razı qalmışdırlar.

66% kişi öz ölçülərini orta hesab edir, 22% – böyük, 12% – balaca. Təqribən 45% kişi öz ölçülərini artırmaq istədiklərini bildirmişlər və yalnız 0,2% kişi penislərinin ölçülərini azaltmaq istədiklərini bəyan etmişdirlər. Bundan başqa penisin ölçüsü ilə kişinin özünə qüvəni arasında əlaqə araşdırmışdır.

Bədənləri ilə narahatçılıq

İştirakçı kişilərdən sorğu aparılmış və nəticədə 6% kişi bədənlərinin ideal olduğunu, 47% kişi yaxşı bədən quruluşuna malik olduqlarını, adi bədən qurluşuna sahib olduqlarını 36% kişi, bədəni ilə narazı olduqlarını 11% kişi söyləmişdir.

25% kişi çimərlikdə özünü sərbəst hiss edir, 59% – özünü ideal hesab etməsə də çimərlikdə rahat olduqlarını qeyd ediblər. 17% kişilər isə özlərini çimərlikdə diskomfort hiss etdiklərini söyləmişlər. Görünür bu kişilər nəin ki, bədən quruluşları ilə, üstəlik ölçülərindən də narahatdırlar.

Komplekslərin özünə qiymətdə rolu

Nəticələri cəmləyərək qeyd etmək olar ki, daha az dərialtı piy qatlarına malik olan kişilər penislərinin orta ölçüdən böyük hesab etmişdirlər, daha kök insanlar isə orta ölçüdən az hesab etmişdirlər.

Sonuncular qadın qarşısında çılpaq qalmaqdan utandıqları üçün, penisin ölçüsünü də bəhanə gətirə bilirlər.

Böyük ölçü — yüksək özünə inam?

Başqa araşdırmalar da var ki, öz xarici görünüşündən razı olmayan kişilər, penislərinin ölçülərindən də razı olmurlar. Ola bilsin ki, burada ölçü birbaşa rol oynamır. Kişi özünə qarşı nə qədər mənfi fikirdə olarsa, bir o qədər kompleksli olar. Araşdırma göstərir ki, kişinin yaşı artdıqca bu kimi komplekslər aradan qalxır.

Penisin orta ölçüsü

Ölçü araşdırmalarının nəticlərinə görə ereksiya halında penisin orta ölçüsü 13,5 sm: 68% kişilərdə 11,7-15,2 sm; 13,5% kişilərdə 9,7-11,4 sm; 13,5% kişilərdə 15,5-17,3 sm; və yalnız 2,5% kişilərdə ölçü 17,5 sm böyük və 9,4 sm kiçik olmuşdur.

Ayaqqabı ölçüsü ilə penisin ölçüsü arasında əlaqə varmı?

Bir sıra antropoloji işlər göstərir ki, ayaq ölçüsü, barmaq uzunluğu ilə penisin ölçüsü arasında əlaqə yoxdur. Digər tərəfdən boyun penisin ölçüsü ilə əlaqəsi göstərilir. Kişi daha hündür olduqca onun penisinin daha böyük ölçülü olması ehtimalı daha böyükdür. Lakin maraqlıdır ki, daha kök insanlarda daha kiçik ölçülü penisə rast gəlinir.

Qadınlar üçün ölçü vacibdirmi?

University of California araşdırmaları göstərir ki, 9% qadın üçün ölçü önəmli amildir, halbuki 67% qadın ölçü yox, məhz istifadə texnikası amilinin üstün tutduqlarını qeyd ediblər. Həmçinin 67% qadın ərlərinin penis ölçülərini orta, 27% ortadan böyük, 6 isə ortadan kiçik hesab etmişdirlər. Yalnız sorğuda iştirak edən qadınların 2% ərlərinin penisinin uzadılmasına müsbət baxmışdırlar.

İdmanla məşğul olan və öz bədənlərinə qüvənən hər bir kişi öz ölçülərindən razı olduqlarını qeyd etmişdirlər.






  • 28-12-2016, 18:06
  • 512
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.