Özəl:
loading...

Naibə Allahverdiyeva ərə gedir: "Bir kişi var..."



Naibə Allahverdiyeva ərə gedir: "Bir kişi var..."


Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır.

Deyer.Az bildirir ki, bu barədə aznews.az-a aktrisa özü məlumat verib. N.Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib: "Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma, sən demə, qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli, yaşayır".

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil: "Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Blirsiniz, mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm".

Aktrisa "toy gözlənilirmi" sualına "inşallah" deyə cavab verib.

  • 25-07-2016, 17:15
  • 631
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.