Özəl:
loading...

Müslüm Maqomayev adına müsabiqənin finalı keçiriləcək



Müslüm Maqomayev adına müsabiqənin finalı keçiriləcək


Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

Deyer.az fondun saytına istinadla xəbər verir ki, müsabiqənin final konserti oktyabrın 23-də “Crocus City Hall” səhnəsində reallaşacaq.

Konsertdə 12 ölkədən, o cümlədən Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan vokalçılar çıxış edərək müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.

Gənc vokalçılar artistlər həm klassik ariyaları, Neopolitan mahnılarını, həm də estrada janrından, eləcə də Müslüm Maqomayevin repertuarından mahnıları ifa edəcəklər.

SSRİ Xalq Artisti Tamara Sinyavskayanın rəhbərliyi altında beynəlxalq münsiflər heyəti vokalçıların ifasını qiymətləndirəcək. Müsabiqə-konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə Dmitri Yurovski dirijorluq edəcək.

  • 25-07-2016, 20:36
  • 410
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.