Özəl:
loading...

Qadınları necə başa düşək



Qadınları necə başa düşək

Qadınla söhbət eləmək “cənnətdə gəzinti” olardı ki, əgər onlar eyni vəziyyətlərdə eyni şeyləri təkrarlamasa idilər. Qadınlar həmişə ikibaşlı danışırlar.

Biz qadınların ən çox istifadə etdikləri cümlələri sizə təqdim edirik. Həmçinin məqalədə bu cümlə-suallara sizin verəcəyiniz düzgün və səhv cavabları da qeyd etmişik.

– Sən məni sevirsən?
Bu o deməkdir ki, sən artıq bir neçə dəfə sevgi məsələlərindən yan keçmisən.
Düzgün cavab: “Mənim sənə olan sevgim dünyaya sığışmaz.”
Səhv cavab: “Mən ki, sənə bu barədə dəfələrcə demişən, nədi hər dəfə bu sualı verirsən?”

– Salam hardasan?
Səni yoxlayır, dediyin yerdə olub olmadığından əmin olmaq istəyir, üstəlik arxa fonda hər hansı qadın səsinin gəlib gəlmədiyini eşitmək istəyir.
Düzgün cavab: “Salam həyatım işdəyəm (və ya başqa yer), işlərimi görüm səninlə əlaqə saxlayacam, bu günə planımızı danışarıq.”
Səhv cavab: “Nədi ki?”

– Mən kök deyiləm?
Bu o deməkdir ki, təriflər yağdırmanın zamanıdır. Kişilər bu məsələdə daha təmkinli olsalar da, qadınlarda görkəm problemləri gündə 2-3 dəfə ortaya çıxır.
Düzgün cavab: “Yox həyatım sən qadınların ən gözəlisən, nəyin kökdü, əksinə olduqca gözəl formadasan”
Səhv cavab: “Əlbəttə arıq sənə demək olmaz, bələdəki bu əsas deyil.”

– Mən daha belə davam edə bilmirəm…
Sənin qadının incə hissiyatlıdır. Hər şeyi özünə qarşı bir addım kimi qəbul edir. Səbirli ol və bir gün o sənə uyğunlaşacaq.
Düzgün cavab: “Mən başa düşürəm sənə çətindi, amma sən də uyğunlaşmalısan.”
Səhv cavab: “Neynəyim, belədir sənin xoşuva gəldi ya gəlmədi!”

– Nə haqqında düşünürsən?
Qadın özündən əmin deyil və sənin bəlkə də onun haqqında düşündüklərivi bilmək istəyir.
Düzgün cavab: “Gələcəyimizi düşünürəm, səninlə bir ömür boyu xoşbəxtliyimizi düşünürəm sevgilim.”
Səhv cavab: “Rahat düşünə də bilmərəm?”

– Harda idin sən?
Sənin mobil telefonuna zəng çatmayıb və artıq qadın beynində min fikir və vəziyyətləri düşünərək, qısqanclığın pik nöqtəsinə gəlib çatıb.
Düzgün cavab: “Həyatım sakitləş, sadəcə telefonuma zəng çatmayıb, sən bilirsən ki, mənə səndən başqa heç kəs lazım deyil.”
Səhv cavab: “Sənə hesabat verməliyəm?”

– Sən heçnə görmürsən!
Qadın son günlər sizin istədiklərivizi yerinə yetirir, çalışır vurşur ki, sizin xoşunuza gəlsin. Sizə adi gələn bu işlər, onun üçün önəmli bir addımdır.
Düzgün cavab: “Əlbəttə görürəm, sənin əziyyətin göz qabağındadır.”
Səhv cavab: “Nə görəcəm, nəsə var ki?”

– Mən hər şeyi başa düşürəm…
Bu o deməkdir ki, siz artıq birgə yaşamağa alışmısız və bəzi şeylər sizə artıq gəlir. Lakin qadınlar bunları görməyərək, artıq sizin ona soyuduğunuzu, sizin onu sevmədiyinizi düşünür, hətta o “başa düşür” ki, siz sevmədən onunla ailə həyatı qurmusuz.
Düzgün cavab: “Həyatım mən seni sevirəm, belə şeyləri ağlına gətirmə, sadəcə artıq biz bir yerdəyik və bəzi xırda məsələlərə diqqət yetirmək o qədər də vacib deyil.”
Səhv cavab: “Sən nə vaxt nəyi başa düşmüsən ki?”






  • 1-01-2017, 12:46
  • 954
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.