Özəl:
loading...

Kino Günü ilə bağlı Bakıda tədbir olacaq



Kino Günü ilə bağlı Bakıda tədbir olacaq


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Deyer.az-a verilən məlumata görə, hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaqdır. Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

  • 26-07-2016, 20:38
  • 253
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.