Özəl:

Adriana Lima türkiyəli modellə rinqdə - foto



Adriana Lima türkiyəli modellə rinqdə - foto

Türkiyəli model Melisa Şenolsun tanınmış həmkarı Adriana Lima ilə rinqə çıxıb.

Deyer.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, boks məşqi edən cazibədar modellər jurnalistlərin foto çəkmələrinə razılıq verməyiblər.

Nyu-York moda həftəsində öz ölkəsini təmsil edən Melisa Şenolsun daha sonra açıqlama verib:

"Modanın qəlbinin döyündüyü yerdə idim və həqiqətən də, inanılmaz bir hiss idi. Dünyaca məşhur dizaynerlərin yer aldığı tədbirdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Adriana ilə bir yerdə keçirdiyim dəqiqələri heç vaxt unutmayacağam. Uzun müddətdir boksla məşğul olan Adriana ilə rinqdə qarşılaşmaq inanılmaz idi. Ondan bir neçə hərəkət öyrəndim. Birlikdə məşq etdik və qısa bir söhbətimiz də oldu".

O, modellə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.



Adriana Lima türkiyəli modellə rinqdə - foto

Adriana Lima türkiyəli modellə rinqdə - foto

  • 16-02-2017, 20:37
  • 195
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.