Özəl:
loading...

erməni hərbçiləri ordunun silahlarını özbaşına satırlar



erməni hərbçiləri ordunun silahlarını özbaşına satırlar


Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində insident baş verib.

Deyer.Az-ın APA-ya istinadən məlumatına görə, “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Volodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Hazırda Xankəndində yerləşən hərbi istintaq baş idarəsində faktla bağlı araşdırma aparılır.




  • 2-08-2017, 20:49
  • 433
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.