Özəl:

VII Avropa kino festivalının keçiriləcəyi tarix bilindi



VII Avropa kino festivalının keçiriləcəyi tarix bilindi


Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri xanım Auşra Raişite-Daukantien növbəti, VII Avropa kino festivalına hazırlıq işlərinin gedişatını müzakirə ediblər. Namiq Quliyevin Trend-ə verdiyi məlumata görə, görüşdə festivalın keçiriləcəyi tarix müəyyənləşdirilib.
“Avropa kino festivalı bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək. Ötən illər festival, xatırlayırsınızsa, bir həftə davam etmişdi. Festivalın keçirilməsi müddətinin artırılması həm iştirakçı ölkələrin, eləcə də tamaşaçıların sayının artması ilə bağlıdır”, - deyə Namiq Quliyev bildirib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktorunun sözlərinə görə, Avropa kino festivalında iştirak edəcək Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qarşıda görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

“Görüş bir sıra ölkələrin tərkibi dəyişikliyə məruz qalmış mədəniyyət məsələləri üzrə yeni attaşeləri ilə tanış olmaq üçün gözəl imkan idi. Səfirlik nümayəndələri ictimaiyyətin festivala artan marağı, filmlərin təqdim edilməli olduqları formatları haqda məlumatlandırılıblar. Mən onlara festivalda nümayiş etdiriləcək filmlər haqda informasiyanın festivalın artıq oktyabr ayının əvvəllində dərc olunacaq proqramında əks etdirmək üçün hansı dillərdə təqdim edilməli olması haqda məlumatlandırmışam. Avropa İttifaqı ölkələrinin səfirliklərinin nümayəndələri isə öz növbəsində onlar tərəfindən görülmüş işlər barədə məlumat veriblər. Onlar öz ölkələrinin mədəniyyət nazirliyi, xarici işlər nazirliyi ilə birgə gördükləri işlər barədə danışıblar”, - deyə “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru vurğulayıb.

Namiq Quliyevin sözlərinə görə, Avropa İttifaqı səfirliklərinin nümayəndələrinə qarşıdan gələn festivalın PR işinin necə həyata keçiriləcəyi haqda məlumat təqdim olunub.

“Festival haqda informasiya hələ o başlanmadan əvvəl “Park Cinema”nın bütün meydançalarında monitorlarda nümayiş olunacaq. Bundan əlavə, üzərində reklam daşıyıcıları olan böyük ölçüdə fasad banneri nəzərdə tutulub. Avropa kino festivalı haqda informasiya seanslardan əvvəl nümayiş etdiriləcək, eləcə də KİV-lərdə yayımlanacaqdır”, - deyə Namiq Quliyev qeyd edib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru həmçinin festivalın iştirakçısı olan ölkələrin səfirliklərinin hansı təbliğat işlərini görəcəyi barədə məlumat verib.

“Avropa İttifaqının səfirlikləri festivalın piarını ilk növbədə özlərinin kifayət qədər geniş əhali kütləsini əhatə edən mədəniyyət mərkəzləri vasitəsilə həyata keçirəcəklər. Bundan əlavə, səfirliklərin ali təhsil müəssisələri ilə geniş əlaqələri var, onlar çoxlu sayda proqram və layihələr gerçəkləşdirir, tez-tez tələbələrlə görüşlər keçirirlər. Hər bir belə görüşdə səfirliklərin nümayəndələri tələbələri festival haqda fəal şəkildə məlumatlandıracaqlar”, - deyə Namiq Quliyev söyləyib.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev VII Avropa kino festivalının iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hadisə olacaq.

“Gözlənilir ki, tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq. Danışıqlar hələ ki, davam edir və festivalın proqramı üzərində iş gedir. Lakin biz əminik ki, bu ilki festival irəliyə doğru daha bir addım olacaq”, - deyə Namiq Quliyev bildirib.

2015-ci ildə VI Avropa kino festivalının proqramına 16 ölkədə - Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveç və əlbəttə ki, Azərbaycanda istehsal olunmuş filmlər daxil olmuşdu.

Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda kinoteatrlar şəbəkəsinin 5 kinoteatrı vardır. Bu 13 zalı və 2200-dən artıq kürsüsü olan Park Bulvar, Metropark və açıq səma altında fəaliyyət göstərən Amburan yay kinoteatrı, 2015-ci ildə açılmış 4 zallı 600 kürsülü Park Cinema Zaqulba və 6 zallı 1000 yerlik Park Cinema Flame Tower kinoteatrlarıdır.

Ümumilikdə, şəbəkənin 3500 kürsülü 5 meydançası vardır. Park Cinema Flame Tower kinoteatrının zallarından biri İMAX texnologiyası ilə təchiz olunub – bu Zaqafqaziya bölgəsində bu formatlı ilk kinoteatrdır. Şəbəkənin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

  • 27-07-2016, 21:10
  • 247
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.