Özəl:
loading...

80 il birgə yaşayan cütlük yenidən toy etdi



80 il birgə yaşayan cütlük yenidən toy etdi


102 yaşlı bəy və 99 yaşlı gəlin ilk dəfə birgə şəkil çəkdirib.
1936-cı ildə evlənən 102 yaşlı Song Kinqlin və 99 yaşlı Sonq Lişi maddi vəziyyətlərinin yaxşı olmadığı üçün toy edə bilməyiblər. Çinin Anhui şəhərində yaşayan, bir-birini sevən cütlük, evləndikdən 80 il sonra ənənəvi toy paltarlarını geyinib və şəkillər çəkdiriblər.

Toy etmək onların ürəklərində hər zaman bir arzu olaraq qalıb.

Evliliklərinin 80-ci ildönümünü qeyd edən romantik cütlüyə xəyallarını gerçəkləşdirməyinə könüllü gənc kömək edib.

Sosial mediada hər kəsin rəğbətini qazanan yaşlı cütlüyün 6 uşağı və 4 nəvəsi var.

Eyni evdə 4 fərqli nəslin yaşadığını ifadə edən yaşlı cütlük həyatlarından razı olduqlarını bildirib.


  • 27-07-2016, 21:43
  • 241
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.