Özəl:
loading...

Müğənni Damla toy sahibini aldatdı



Müğənni Damla toy sahibini aldatdı

Tanınmış müğənni Damla toy üçün ev sahibindən “beh” alıb, son anda toya gəlməyib.

Deyer.Az xəbər verir ki, bu haqda azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.

Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN “beh” verib: “İyul ayının 27-də Masallı rayonunun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat “beh” verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik”.

Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: “Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu, mənə çox böyük zərbə oldu”.

Damlanın prodüseri Mehin Əliquliyevanın sözlərinə görə, bu cür hallar müğənni ilə çalışmazdan əvvəl baş verib və ola bilər ki, kimsə ifaçının adından istifadə edib.




  • 3-08-2017, 15:50
  • 613
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.