Özəl:

ermənilər Şuşanın Gövhər Ağa məscidində qazıntı işləri aparırlar



ermənilər Şuşanın Gövhər Ağa məscidində qazıntı işləri aparırlar

İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb.

Deyer.Az armenpress.am-a istinadən xəbər verir ki, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu” aparır.

“Tarixi mühitin qorunması xidməti” dövlət müəssisəsinin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək.

“Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - o bildirib.

Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur.

Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb.

Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.




  • 27-03-2017, 12:34
  • 582
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.