Özəl:
loading...

Çiyələkli-badamlı tort resepti



Çiyələkli-badamlı tort resepti

Tərkibi:
biskvit:
125 q şəkər tozu
100 q un
25 q üyüdülmüş badam
4 yumurta

şərbət:
100 ml su
80 q şəkər tozu
1 x.q. konyak

krem və bəzək:
250 ml 33%-li qaymaq
250 q maskarpone
50 q şəkər pudrası
500 q çiyələk
100 q mastika

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 18-20 sm diametrli formanı kərə yağı ilə yağlayın.
Yumurtaları şəkər tozu ilə ağarıncayadək çalın. Unla badam ununu birlikdə ələyib çalınmış yumurtalara əlavə edin. Qaşıqla ehtiyatla qarışdırın. Formaya töküb 20 dəqiqə bişirin. Hazır biskviti şəbəkədə soyudub təxminən 12 saat saxlayın.

Şərbət: şəkər tozu ilə suyu qaynadın, ocaqdan götürüb konyak əlavə edin. Soyudun.

Krem: qaymağı maskarpone və şəkər pudrası ilə çalıb soyuducuya qoyun.

Biskviti ortadan iki yerə ayırın. Korjlara şərbət hopdurun.

Kənarı açılan formanın içinə və divarlarına qida plyonkası çəkin. Korjlardan birini qoyun. Azacıq krem çəkin. Eyni boyda çiyələkləri seçib uzunasına ortadan bölün və kəsiyi üzü "divara" olmaqla formanın qırağıyla düzün. Çiyələyin qalanını kremə qatışdırın və korjun üzərinə töküb bərabər yayın. İkinci korju üzərinə qoyun. Kənara çıxan plyonkanın artığını tortun üzərinə qapayın. 8 saat soyuducuda saxlayın.

Hazır tortun üzərindən qida plyonkasını çıxarın. Üzərinə mastika, yaxud martsipan çəkib çiyələklə bəzəyin.

  • 30-07-2016, 21:51
  • 775
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.