Özəl:
loading...

"Onu bağışlamaq olarmı?" - Yaxud qısqanclıqdan qurtulmağın yolları



"Onu bağışlamaq olarmı?" - Yaxud qısqanclıqdan qurtulmağın yolları

Qısqanc qadın axtardığından artığını tapar. Bu misalı əbəs yerə çəkmədik. Bəli, doğru anladınız, mövzumuz qısqanclıqdır.

Deyer.Az oxucularına qısqanclığın səbəblərini və ondan necə qurtulımağın yollarından söhbət açacağıq.

Qısqanclığın səbəbləri:

İlk öncə onu qeyd edək ki, qısqanclıq qorxudan yaranan bir hisdir. Yəni sevdiyini itirmək qorxusu insanda qısqanclıq hissini yaradır. İkincisi, qısqanclıq özünə inamı aşağı olan insanlarda daha çox rast gəlinir. Yəni bir insanın özünə, görünüşünə əminliyi aşağı olanda daim sevdiyi insanı itirmək qorxusu ilə yaşayır. Bu da nəticə etibarı ilə qısqanslıq hallarına gətirib çıxarır. Üçüncüsü, qısqanclıq sevdiyin insan üzərində tam hakimiyyəti ələ almaq, bir növ onu özününklüləşdirməkdir.
Və ən nəhayət, dördüncüsü, qısqanclıq hissi insan xarakterindəki digər komplekslərdən və qorxulardan da yarana bilər.
Fikir verdinizsə, sihayıda bir tək sevgi məfhumuna rast gəlinmədi. Buradan da belə qənaətə gəlmək olar ki, qısqanclıq sevgidən deyil, məhz qorxudan yaranan hisdir. 
Davamlı qısqanclıq qığılcımları sevgiyə yalnız və yalnız mane olur, həmçinin münasibətlərdə inamsızlıq və əzab-ziyyət yaradır.

Qısqanclığa necə qalib gəlmək olar?

Bu hissin yaranma səbəbini necə önləmək olar? O hiss ki, sevginizə kölgə salıb, xələl gətirir. Yəqin ki, çoxlarınıza bəllidir qısqanclıq zəminində insanlar bəzən “detektivlik” etməkdən də çəkinmirlər. Onlar davamlı olaraq həyat yoldaşının telefonuna gələn zəngləri yoxlayır. Köynəklərindən, pencəklərindən başqa qadın ətrinin iyini və ya dodaq boyasını tapmağa çalışır, hətta hər saatın tamamında ona zəng edib, həqiqətən də dostları ilə görüşüb, yoxsa ona yalan deyərək, məşuqəsinin yanına yollandığını araşdırmağa çalışırlar. Bəzi qadınlar isə daha irəli gedir, ərlərinə işdə və ya hər hansı bir məclisdə zərif cinsin nümayəndələri ilə ünsiyyətdə olmağı qadağan edirlər. Qısası, partnyoruna nəfəs almağa imkan vermirlər. Belə olan halda isə qısqanclığın onları hara sürüklədiyini, münasibətlərinə ciddi xələl gəldiyini fərqinə belə varmırlar.
Bu insanlar şüaur altında düşünürlər ki, belə etməklə münasibətlərini guya qoruyurlar. Onlar düşünürlər ki, ərlə arvad bir-birini sevirsə qətiyyən xəyanət halları olmamlıdır. Məhz buna görə də onlar daima partnyorlarını nəzarətdə saxlayır, hər xırda şeyə görə dava salır, qanqaraçılğı yaradırlar. Bununla da qısqanclığa yaşıl işıq yandırmış olurlar.
Yəni artıq bir çox qadın-kişi münasibətlərində qısqanclıqla sevgi yanaşı gedir. Sanki əgər qısqanclıq olmasa, o sevgi yalandır, boşdur. Qısqanclıq hər zaman cütlüklər arasında ciddi problemlərə, hətta ayrılıq və boşanmalara da gətirib çıxarır.
Siz yalanı sevmirsiniz, amma daima partnyorunuzla olan münasibətinizdə yalan, inamsızlıq kimi ab-hava yaradırsınız. Onu itirməkdən çox qorxursunuz, amma bununla belə, partnyorunuzun hər addımına nəzarət edirsiniz, nələrdəsə ittiham edib, qadağalar qoyursunuz, dalaşırsınız, qışqırırsınız, şübhələnirsiniz.
Sizcə, bütün bu sadalananlar iki sevən insan arasında etibarlı, sağlam və uzunmüddətli münasibətlər yarada bilərmi? Nə qədər kədərli olsa da, siz qısqanclığınızla qorxduğunuz şeyi həyatınıza gətirmiş olsursunuz. İnamsızlıq və paranoya son nəticədə münasibətləti daha həssas və ipdən asılı vəziyyətə salır, sizi sevgilinizdən, ərinizdən uzaqlaşdırır.
Əgər növbəti dəfə qısqanclıq sancılarınız tutanda və ərinizin üstünə qışqıranda, ya da telefonunda gələn zəngləri, mesajları çək-çevir edəndə, özünüzə bu sualı verin: bu hərəkətlər sizin münasibətlərinizə nə kimi köməklik etmiş olacaq, ümumiyyətlə olacaqmı? Belə davranmaqla onu yanınızda saxlayacağınızı düşünürsünüzsə, yanılırsınız!

Qorxularınızdan qurtulun


Sevgiyə, gözəl hislərə xidmət etməyən bütün neqativ duyğulardan qurtulun. Qorxularınızdan qurtulun. Onlar sizi zamanla daha da aciz və gücsüz edəcək.
Burada əsas məqamlardan biri də, sevdiyin insanı ilahiləşdirməməkdir. O, sıradan bir kişidir və istənilən an, sizi sevsə də belə xəyanət edə bilər. Ona görə də sevgiliniz və ya ərinizə xəstəlik dərəcəsində bağlanmaq lazım deyil. Çünki dəlicəsinə bağlılıq, insanı daim qorxu və onu itirmək hislərinin təzyiqi içərisində saxlayır.
Sevdiyiniz kişi ilə daim onu itirmək qorxusu ilə yaşamaq insanı heç də xoşbəxt etmir. Məgər belə münasibətdən zövq almaq olar? Çətin... Onu itirmək qorxusu sizi bədbəxt edir, indi sevdiyiniz kişi yanınızdadır, amma siz özünüzü yazıq və aciz hiss edirsiniz. Çalışın, sevdiyinizlə, ərinizlə bu günü yaşayın, gələcəkdə nə olacaqsa onsuz da olacaq. Çalışıb, bü gününüzdən zövq alın. Unutmayın, bir insana möhkəm bağlılıqdan onu itirmək qorxusu yaranır. İtirmək qorxusu isə insana həyatının indiki dönəmindəki xoş anlardan zövq almağaimkan vermir. Birdəfəlik anlayın ki, bir insana dəli kimi bağlanmamaq, onu heç də sevməmək anlamına gəlmir.

Özünüzü başqaları ilə müqayisə etməyin

“Birdən o, məndən daha yaxşı və ağıllı, gözəl qadın tapsa necə olar?” yaxud, “Sevdiyim qadının ətrafında nə qədər yaraşıqlı və iş karyerasında uğurlu kişilər var. İnanmıram ki, bizim münasibətlərimiz uzun ömürlü olsun”.
Yəqin ki, narahatlıq doğuran bu hislər çoxunuza tanışdır. Siz özünüzü eyni cinslərinizlə müqayisə edirsiniz və bununla da bərk qorxuya düşürsünüz. Birdəfəlik anlayın ki, əgər o, yanınızdadırsa, deməli, seçimi sizsiniz. Sevgi hansısa əşya və ya paltar deyil ki, bəyənəsən, ən gözəlini istəyəsən, aldıqdan sonra da xoşlanmayıb, evin bir küncünə atasan. İnsan insanı ilk baxışda xarici göstəricilərinə görə bəyənir. Daha sonra, onu yaxından tanıdıqdan sonra xarakterinə vurulur. Təbii ki, burada seks faktoru da çox önəmlidir. Hətta biz deyərdik ki, bir münasibətdə sevgidn sonra seks və hörmət çox önəmlidir. Sevdiyiniz kişi sizi seçib-sevibsə, deməli digər gözəl qadınlar onun üçün əhəmiyyətli deyil. Bəli o, hansısa hissin təsiri altında ani olaraq gözəl qadına baxa bilər, yaxud da onunla intim əlaqəyə girə bilər. Bu o demək deyil ki, o sizdən ayrılıb, başqasına gedəcək. Əgər sevdiyiniz kişinin sizə sadiq olmağını istəyirsinizsə, onu qısqanclıq paranoyalarınızla yormayın, anlayış göstərin, sevin, qayğı və seks verin. Bir sözlə, onu daim həyəcanlandırın. Çünki bir kişinin istədiyi məhz həyəcan və ehtiraslı münasibət yaşamaqdır.


Münasibətlərinizi hər gün daha çox yaxşıya doğru inkişaf etdirin

Partnyorunuzla daha çox vaxt keçirin. Onun istəklərini öyrənin. Ona qayğı göstərin, inamını qazanın. Birlikdə ailə problemlərini həll etməyə çalışın. Ona çətinliklərinizdən söz açın, qoy problemlərinizdən xəbərdar olsun. Bir-biriniz üçün daha cəlbedici olun, həyəcanlandırın. Münasibətlətinizə bu və ya digər yolla yenilik, fərqlilik gətirin. Ən əsası, əldə onunan vəziyyətdə qalmayın, münasibətləri daha da möhkəmləndirin, onu özünüzə məftun edin, ağlını başından alın. Qoy o, hara getsə belə xəyalları sizin yanınızda olsun, gözü başqasını deyil, yalnız öz qadınını axtarsın. Yəni sizə demək istədiyimiz odur ki, cütlüklərin, ərlə-arvadın bir birinə olan etibarını, inam və sevgisini qısqanclıqla deyil, məhz qarşılıqlı anlayışla qazanmaq olur. Bəli, siz onu anlasanız, sevsəniz, diqqət və qayğı göstərsəniz, hər xırda yanlışını üzünə vurmasanız, sevdiyiniz kişi bunu mütləq dəyərləndirəcək. Nəticədə isə sizin möhkəm, etibarlı və qənaətbəxş münasibətləriniz olacaq.

Hiss və fantaziyalarınızı cilovlayın

Əriniz işdə ləngiyir. Və budur, artıq sizin beyninizdə qara fikirlər yaranır: o, indi başqa qadınlarla əylənir. Çalışın, bu fantaziyalarınızı özünüzdə saxlayın. Ümumiyyətlə, pis düşünməyin. İnsan pis düşündükcə, sağlam analiz edib, düzgün nəticə çıxarmağı da bacarmır. İlk növbədə beyninizi sakitləşdirin. Başınızı nəyləsə qarışdırın. Azacıq sakitləşdikdən sonra vəziyyəti soyuq başla analiz edin. O zaman doğrudan da yanıldığınızı, boş fantaziyalarınıza “qol-qanad” verdiynizi görəcəksiniz.

Sevdiyiniz insanın həyatı ilə yaşamaqdan əl çəkin

Bəzən qısqanclıq partnyorlardan birinin, digərinin həyatına fiksasiya olunmasından da yaranır. Görürsən ki, qadın bütün həyatını ərinə həsr edib, o, nə yedi, nə içdi, hara getdi, haradan gəldi? Bunun da nəticəsində qısqanclıq paranoyaları yaranır, bu da qadını zamanla içindən yeyib məhv edir. Bunu etməyin. Həyatınızı dəyişin, ərinizi və ya sevgilinizi güdmək, onun həyatını yaşamaq əvəzinə, özünüzlə məşğul olun. Sevimli məşğuliyyət tapın, idmana, rəqsə gedin, xarici dil öyrənin.

Bağışlamağı bacarın

Partnyorunuza etibar edin, onu bağışlamağı bacarın. Bəlkə də sizin qısqanmağa səbəbiniz var o, sizə xəyanət edir. İnanın ki, bunu da siz öz qısqanclığınız və onu itirmək qorxunuzla həyatınıza gətirmisiniz. Anlayın ki, xəyanət ərinizin sizə olan sevgisində indikator rolunu oynamır. Bəzən kişilər ona görə xəyanət edirlər ki, seksə və yaxud da gözəl qadına qarşı zəifdirlər, amma bununla belə sizi sevirlər. Yəni hansısa ana görə edilən xəyanəti əlbəttə ki, bağışlamaq olar. Təbii ki, qadın çalışmalıdır ki, ərini güdməsin, yox, əgər onun xəyanətindən agah olubsa və onu bağışlayacaqsa, heç bunu ona hiss etdirməsə daha yaxşıdır. Xəyanət əslində, fantaziyanızın və hislərinizin sizə göstərdiyi qədər də qorxulu deyil. Yox, əgər artıq bu sizin də başınıza gəlibsə, bu problemi birlikdə aşmağa və həyatınıza davam etməyə çalışın. Xəyanət həyatın sonu demək deyil. İnanın, əgər siz sevdiyinizə xəyanəti bağışlasanız, münasibətlərinizi bitirməsəniz, ya da onun gününü qara etməsəniz, bu, onun sizə etdiyi son xəyanəti ola, hətta o, sizi əvvəlkindən daha çox sevə bilər.






  • 22-04-2017, 11:12
  • 668
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.