Özəl:
loading...

Yayın romantik ətək dəbi



Yayın romantik ətək dəbi

Bir neçə il idi ki, ardıcıl olaraq yubka-karandaş modeli dəbin zirvəsini işğal etmişdi.

bu yay onların yerini qırçınlı yubka modeli tutacaq. "Gucci”, "Chloe”, "Proenza Schouler”, "Kenzo”, "Erdem” və digər aparıcı markalar yeni kolleksiyalarında qırçınlı ətək modellərinə böyük yer verib.

Qırçınlı yubkaların tarixi
Avropada qırçınlı yubka XIX əsrdə yaranıb, özü də o vaxtlar qırçınlı yubkaları kişilər də geyinərdi. Onların ən məşhur versiyasına şotland kişilərin dama-dama parçadan tikilmiş milli yubkaları nümunə çəkmək olar. Qırçın detalı Şərq xalqlarının da ənənəvi kostyumlarında istifadə edilib. Lakin qırçınlı yubkaların dəbə minməsi XX əsrin 20-ci illərin gedib çıxır. Onlar öz aktuallığını XX əsrin ortalarına qədər qoruyub saxlaya bilmişdi. Bu gün isə qırçınlı yubkalar romantik üslubu üstün tutan bütün qızların qarderobunun ayrılmaz predmeti olub.

Qırçınlı yubkaların ən müxtəlif modelləri (uzun, qısa, midi) mövcuddur, lakin onların hamısı eyni dərəcədə aktualdır və hər biri çox incə görünür. Qırçınlı yubkalar şifon, ipək, nazik trikotaj, hətta dəri parçadan tikilir.

Qırçınlı yubkaların heç bir bəzək elementi yoxdur, siz belə yubkalarda cib və digər bəzək elementlərinə rast gələ bilməzsiniz. Onların yeganə bəzəyi nazik kəmər ola bilər. Qırçın özlüyündə maraqlı və orijinal olduğu üçün dizaynerlər onu artıq bəzəklərlə yükləmir. Lakin rəng qammasının müxtəlifliyi nəzərə çarpan vacib məqamlardan biridir. Belə yubkaların pastel çalarlarında, klassik və metal rənglərində, güllü, həndəsi şəkillərlə işlənmiş modelləri təklif edilir.
Stilistlər qırçınlı ətəkləri (fərqli fason və uzunluqda) qarderobdakı digər əşyalarla uyğunlaşdırmağın ən müxtəlif üsullarını təklif edir. Belə yubkaları cins köynək, krujeva bluzalarla, dəbdəbəli bəzək əşyaları ilə və ya adi futbolka ilə geyinmək olar. Ümumiyyətlə, qırçınlı yubkalar qarderobun istənilən geyim tərzi ilə uyğun gələn universal predmetdir. Onların kedlərlə, bosonojkalarla, stilettolarla, sliponlarla, yaxud espadrillə uyğunlaşması buna yaxşı nümunədir. Aksessuarların seçimində vacib qaydaya əməl etməyə çalışın. Heç bir halda obrazı ona uyğun olmayan əşyalarla doldurmayın və onlar ikidən artıq olmalı deyil. Məsələn, qırçınlı yubkalarla parlaq klonu olan, uzun və nazik boyunbağılar yaxşı uzlaşır.

Xüsusi qeyd etmək lazımdır ki, belə yubka fasonu bud hissəni vizual olaraq enli göstərir, ona görə də o, arıq və hündürboy xanımlara daha çox yaraşır. Lakin bədən ölçüləriniz standart deyilsə, kədərlənməyin. Boyu hündür olmayan kök xanımlar dikdaban ayaqqabı geyinməklə problemi həll edə bilər. Həmçinin yubkanın belinin hündürdə dayanmasına diqqət etmək lazımdır. Alçaq boylu xanımlara isə qırçınlı yubkanın qısa, yaxud midi versiyalarına üstünlük verməsi tövsiyə olunur.

  • 5-08-2016, 17:47
  • 366
  • 0




loading...








loading...


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.