Özəl:

“Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək



“Bakı Oskarı-2” qısametrajlı film festivalı keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Axşam.az-a verilən məlumata görə, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək film festivalına həvəsi olan hər bir şəxs öz filmi ilə qatıla bilər.

Layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir.

Üç gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək.

Dini, siyasi və qeyri-etik mövzular istisna olmaqla, gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ssenarist”, “Ən yaxşı operator” seçilərək “Bakı Oskarı” nominasiyaları üzrə mükafatlandırılacaq.

Qeydiyyat avqustun 31-dək davam edəcək. Mükafatlandırma mərasimi sentyabrda həyata keçiriləcək.

  • 24-08-2016, 12:46
  • 240
  • 0












Foto Əlavə et (Paylaş)

BÜTÜN PAYLASIMLAR


Xəbər lenti

Ən çox baxılan xəbərlər

Sayt Sayğacı


Created by: AvaLoN
Dizayn eXclusiv Deyer.az saytı üçün AvaLoN Tərəfindən hazırlanmışdır.
Yayımı qadağandır! Bütün hüquqlar qorunur.
Saytdakı xəbər və şərhlərə görə sayt idarə heyyəti məsuliyyət daşımır.